Osimhen "Atletiko"nun transfer siyahısında yer alır
"Qalatasaray"ın forvardı Viktor Osimhen yayda "Atletiko"ya keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.
"Atletiko Madrid" 27 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, "Qalatasaray" Osimhen üçün ən azı 100 milyon avro tələb edir.