Osimhen “Barselona” yolunda

Viktor Osimhen yayda "Qalatasaray"dan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Barselona" yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir və namizədlər arasında Osimhen də var.

Bu haqda "Diario As" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kataloniya klubu üçün əsas hədəf "Atletiko Madrid"in futbolçusu Xulian Alvaresdir. Lakin bu transferin təxminən 200 milyon avro dəyərində olması və Madrid klubunun oyunçunu buraxmaq istəməməsi səbəbindən bu keçid çətin görünür.

Bu səbəbdən Viktor Osimhenin "Barselona" üçün daha real və münasib variant olduğu vurğulanır.

Osimhen cari mövsümdə "Qalatasaray"ın heyətində 29 oyuna çıxıb. O, bu görüşlərdə 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.