Osimhen İspaniya nəhənginə keçə bilər
"Qalatasaray"ın ulduzu Viktor Osimhen üçün İspaniyadan təklif var.
Sportline.az xəbər verir ki, "Atletiko Madrid" nigeryalı forvarda elçi düşüb.
"Diario As" nəşrinin məlumatına görə, İspaniya klubu bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Osimhen "Qalatasaray"a ötən ilin yayında "Napoli"dən 75 milyon avro qarşılığında transfer olunmuşdu.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 22 qol, 8 asistlə yadda qalıb.
Xatırladaq ki, Osimhenlə "Mançester Yunayted"də maraqlanır.