Osimhenə görə 75 milyon avro təklif edilib

"Atletiko Madrid" yayda mərkəz hücumçusu transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəf "Qalatasaray"ın forvardı Viktor Osimhendir.

"Diario As" nəşrinin yaydığı məlumata görə, Madrid klubu nigeryalı futbolçu üçün 75 milyon avro təklif edib.

Qeyd edək ki, V.Osimhen 2024-cü ildən "Qalatarasaray"da çıxış edir.