Öz qapılarına 41 qol vurdular

Cənubi Afrikada futbol üzrə 3-cü liqada maraqlı hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, iki qarşılaşmada böyük hesablar qeydə alınıb. 

İkinci liqaya yüksəlmək istəyən “Matiyasi” klubu “Nsami Mighty Birds”lə oyunda 59:1 hesablı qələbə qazanıb. Maraqlısı budur ki, qarşılaşmada “Nsami Mighty Birds” komandası 41 topu öz qapısına vurub. 

Federasiya araşdırma apararaq matçın danışılmış olduğunu bildirib və hər iki komandanı ömürlük futboldan uzaqlaşdırıb. 

Eyni liqada mübarizə aparan “Shivulani Dangerous Tigers” isə “Kototo Happy Boys”la görüşdə 33:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda “Kototo Happy Boys” futbolçuları 7 avtoqola imza atıb. Yerli federasiya bu matçın da danışılmış olduğunu bildirərək komandalara ömürlük futbol qadağası cəzası verib.