"Panatinaikos" klubu yeni baş məşqçisini açıqlayıb

Ötən mövsüm Fatih Terimin çalışdırdığı "Panatinaikos"a yeni baş məşqçi təyin olunub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Yunanıstan klubuna bundan sonra Dieqo Alonso rəhbərlik edəcək.

Daha əvvəl "Sevilya", "İnter Mayami" və Uruqvay milli komandasını çalışdıran 49 yaşlı uruqvaylı mütəxəssis ilə 2 illik müqavilə imzalnıb.

Qeyd edək ki, Super Liqanın bitməsinə 1 həftə qalmış Fatih Terim ilə yollarını ayıran 'Panatinaikos" mövsümü 72 xalla 4-cü sırada tamamlamışdı.