Paolo Maldini "Milan"a qayıtdı

İtaliyanın "Milan" futbol komandasının texniki direktoru vəzifəsinə təyinat olub. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə komandanın sabiq futbolçusu Paolo Maldini gətirilib.

Qeyd edək ki, Paolo Maldini 1985 - 2009-cu illərdə "Milan"da çıxış edib. O, İtaliya təmsilçisinin heyətində 7 dəfə A Seriyasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Sabiq müdafiəçi 3 dəfə UEFA Super Kubokunu, 1 dəfə İtaliya Kubokunu, 5 dəfə İtaliya Super Kubokunu qazanıb.

Onun atası Çezare Maldini əvvəllər "Milan"ın baş məşqçisi (1972 - 1974, 2001) olub.