Para Cüdo üzrə Respublika Çempionatı keçirilib

Bu gün para Cüdo idman növü üzrə respublika çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış Bakı İdman Sarayında baş tutub.

SportLine.az xəbər verir ki, çempionatda 6 çəki dərəcəsində idmançılar yarışıblar.

Qadınlar arasında 48 kq çəki dərəcəsində keçirilən yarışda Gülnar Qarayeva qızıl medala sahib olub. İkinci yerə Əsma İbrahimova yiyələnib. Üçüncü yerin sahibi isə Gülnar Rəhimova olub.

Qadınlar arasında 57 kq çəki dərəcəsində qızıl medalı Sevda Vəliyeva qazanıb. İkinci yerə Afaq Sultanova, üçüncü yerə isə Bəsti Səfərova çıxıb.

Kişilər arasında 60 kq çəki dərəcəsində olan idmançıların mübarizəsi daha gərgin olub. Bu çəki dərəcəsində 7 idmançı mübarizə aparıb. Yarışın yekununa əsasən, Qızıl medala Murad Əliyev yiyələnib. Gümüş medalın sahibi Orxan Qarayev, Gümüş medalın sahibi isə Nahib Muradov olub.

Kişilər arasında 66 kq çəki dərəcəsində olan idmançıların mübarizəsində birinci yeri Namiq Abbaslı qazanıb. İkinci yerə Elçin Talıbov, üçüncü yerə isə Pərviz Cəfərov çıxıb.

73 kq çəki dərəcəsində olan kişilərin mübarizəsində Zaməddin Poladov qalib olub. Fuad Əhmədov ikinci yer, Murad Həziyev isə üçüncü yerə yiyələnib.

Kişilər arasında 100 kq çəki dərəcəsində kişilərin mübarizəsində Ramil Əliyev qızıl medala yiyələnib. Kamil Ağayev ikinci, Zaur Məcidov isə üçüncü yerə layiq görülüb.

Yarışın nəticələrinə əsasən 13-14 may 2019-cu il tarixində Bakıda keçiriləcək Para Cüdo idman növü üzrə Beynəlxalq Qran-Pri yarışlarında iştirak edəcək Azərbaycan milli komandasının tərkibi formalaşacaq.

Milli Paralimpiya Komitəsinin məlumatı