"Pari NN" Rusiya Premyer Liqasına vəsiqə qazanan son komanda oldu

Rusiya Premyer Liqasına vəsiqə qazanan sonuncu komandanın da adına aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, keçid pley-off mərhələsində "Pari NN" 1-2 hesabı ilə məğlub olduğu görüşün revanşında "Arsenal" Tula ilə səfərdə qarşılaşıb.

Görüş Nijniy Novoqorod təmsilçisinin 2-0 hesablı qələbəsi ilə nəticələnib və onlar 2 oyunun nəticəsinə görə elitadakı yerini qoruyublar.(3-2).

Bu nəticə ilə növbəti mövsüm Rusiya Premyer Liqasında çıxış edəcək bütün komandalar (16) müəyyənləşib.

Qeyd edək ki, Rusiya çempionatında son mövsümün qalibi "Zenit" olub.