Paytaxt klubu baş məşqçi ilə müqaviləni uzadıb
Rusiyanın "Lokomotiv" klubu baş məşqçi Mixail Qalaktionovla yeni müqavilə imzalayıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, yeni müqavilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Mixail Mixayloviç Moskva klubunda bu vəzifəyə 2022-ci ilin noyabrında təyin edilib. Qalaktionov komadanın baş məşqçisi kimi fəaliyyətə başladığı vaxtdan RPL-də “Lokomotiv”dən çox xal toplayan olmayıb.
Qeyd edək ki, 40 yaşlı mütəxəssis 63 % qələbə göstəricisi ilə "dəmiryolçular"ın tarixində ən yaxşı baş məşqçidir.