Paytaxt klubu daha bir futbolçu ilə yollarını ayırıb
Rusiyanın "Lokomotiv" klubu Artem Dzyubadan sonra Rinat Cemaleddinovla da yolları ayırmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu "Lokomotiv"in yetirməsidir. 2016-2018-ci illərdə yarımmüdafiçi "Rubin"də icarə əsasında çıxış edib.
Rinat "Lokomotiv"lə çıxdığı 155 oyunda 23 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçu "Lokomotiv" Moskva ilə 2 dəfə Rusiya kubokunun, 1 dəfə isə Super Kubokun qalibi olub.