Paytaxt klubu kamerunlu futbolçu ilə yeni müqavilə imzalayıb

"Dinamo" Moskva Mumi Nqamalyo ilə müqavilənin uzadıldığını açıqlayıb.

Sportline.az xəbər verir ki, Moskva klubunun rəsmi saytından verilən açıqlamada 29 yaşlı futbolçu ilə yeni müqavilənin 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulduğu bildirilib.

Mumi Nqamalyo 2022-ci ilin sentyabr ayından "Dinamo"da forma geyinir. O,ötən mövsüm komandası ilə çıxdığı 33 oyunda 7 qol, 6 asist ilə yadda qalıb.Transfermarkt portalında oyunçunun hazırki transfer dəyəri 3.5 milyon avro olaraq qiymətlədirilir.

Qeyd edək ki, kamerunlu futbolçu daha əvvəl İsveçrənin "Yanq Boyz",  Avstiryanın "Altax" və Kamerun klublarında çıxış edib.