Pepe yayda "Porto"nu tərk edəcək
"Porto"nun 41 yaşlı müdafiəçisi Pepe yayda komandadan ayrılacaq.
Sportline.az Tribuna.com-a istinadla xəbər verir ki, təcrübli müdafiəçinin klubla müqaviləsi iyunun 30-da başa çatıb.
Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırmaq qərarına gəliblər.
Pepe 2018-ci ildən "Porto"da çıxış edirdi.O, daha əvvəl "Real Madrid" və "Beşiktaş"ın uğurları üçün çalışıb.
Qeyd edək ki, portuqaliyalı bu mövsüm çıxdığı 33 oyunda 3 qol və 1 asistlə yadda qalıb.