Pike və Şakira eyni idman arenasında
Bugünlərdə ayrılan məşhur cütlük – futbolçu Jerar Pike ilə müğənni Şakira eyni idman arenasında görüntülənib.
Sportline.az Britaniyanın “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, onlar övladları Milanın beysbol yarışındakı oyununu izləyiblər. Amma Çexiyada keçirilən bu yarışda keçmiş cütlük bir-birindən uzaq məsafədə əyləşib və onları paparatsilər çəkə bilib.
Qeyd edək ki, Pike Şakiraya başqa qadınla xəyanət etdiyi üçün tərəflər ayrılmağı qərar veriblər.

