Pikeni bu foto ələ verib
Pop ulduzu Şakira ilə "Barselona"nın müdafiəçisi Jerar Pikenin ayrılığına səbəb olan olayla bağlı yeni təfərrüatlar üzə çıxıb.
Sportline.az xəbər verir ki, Şakira futbolçunun onu aldatmasından sırf təsadüf nəticəsində xəbər tutub.
Cütlük bir müddət əvvəl mübahisə edərək ayrılsalar da, xəyanət faktının üstü sonradan açılıb.
"Barselona"nın oyunçusu sarışın partnyoru ilə restorana gedib. O, tanınmamaq üçün qaranlıq bir küncdə oturub və "kapüşon"u başına keçirib. Bununla belə, restoran sahibinin kiçik oğlu, futbol azarkeşi onu görəndə dərhal tanıyıb. Balaca onunla danışmaq, avtoqraf almaq istəyib və bunu anasından xahiş edib. Restoranın isveçli xanım sahibi Katrin Zitomierska kataloniyalı futbolçunun masasına yaxınlaşaraq ondan oğlu üçün avtoqraf istəyib. Pike isə onun xahişini kobud şəkildə rədd edib. Belədə, qəzəblənən qadın qeyri-qanuni cütlüyün qaranlıqda şəklini çəkib və bir neçə saat sonra şəxsi "Instagram" hesabına yükləyib, hətta futbolçunu “tag” edib.

Üstəlik, Katrin restoran sahibi olmaqla yanaşı, həm də çoxlu izləyicisi olan məşhur bloggerdir. Qadının qəzəbli halda yazdığı status rezonans doğurub: “Mən səninlə səmimi idim. Sizdən oğluma salam deməyinizi və avtoqraf verməyinizi xahiş etdim. "Yox" dedin. Niyə, sən kimsən? Topla driblinq edən oğlan? Məni kədərləndirən odur ki, özünü böyük oyunçu sayırsan. Sən sadəcə top oynayan oğlansan".
Nəticədə, Şakira da postu görüb və bu, məşhur cütlük üçün sonun başlanğıcı olub.