Poqba karyerasını MLS-də davam etdirə bilər
Hazırda azad agent olan fransalı yarımmüdafiəçi Pol Poqba "İnter Mayami" klubuna transfer ola bilər.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi 18 aylıq futbol qadağası cəzasını çəkdikdən sonra peşəkar futbol oynamaqda sərbəstdir.
"Yuventus"la müqaviləni qarşılıqlı razılıq ilə ləğv edən Poqbanın MLS klubu ilə yaxın həftələrdə müqaviləni rəsmiləşdirəcəyi iddia edilir.