Portuqaliyalı futbolçu "Şamaxı"da
“Şamaxı” klubu portuqaliyalı qapıçı Rikardo Fernandesi transfer edib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiperlə 1 illik müqavilə imzalanıb. 29 yaşlı qapıçının son klubu Portuqaliya təmsilçisi “Torreens” olub.
Qeyd edək ki, "Şamaxı" 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb.