Portuqaliyalı qapıçı "Atalanta"ya keçib
"Atalanta" Portuqaliya millisinin qapıçısı Rui Patrisionu transfer etdiyini açıqlayıb.
Sportline.az A Bola-ya istinadla xəbər verir ki, 36 yaşlı qolkiperlə İtaliya klubu arasında rəsmi müqavilə imzalanıb. Müqavilənin detalları hələ ki, mətbuata açıqlanmayıb.
2021-ci ildən "Roma"da çıxış edən qapıçı bu yay komandadan ayrılıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə 24 oyuna çıxan Patrisio 28 qol buraxarkən 6 oyunda qapısını toxunulmaz saxlayıb.