Portuqaliyalı ulduz "Fənərbağça"nın radarına düşüb
Super Liqa komandalarında "Fənərbağça" növbəti mövsüm iddialı heyət qurmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, portuqaliyalı çalışdırıcını Mourinyonun gəlişindən sonra adı dünya şöhrətli futbolçularla hallanan “Fənərbaxça” üçün yeni iddia ortaya atılıb.
Məlumata görə, Fransa Liqa 1 nəhəngi PSJ futbolçusu Qonçalo Ramosu icarəyə göndərmək istəyir. Beləliklə, "sarı-lacivərdlilər" portuqaliyalı futbolçunu heyətinə cəlb edə bilər.
PSJ "Benfika"dan 65 milyon avroya heyətinə qatdığı futbolçunu oynamaq şansı qazanacağı kluba icarəyə vermək istəyir.
Xatırladaq ki, Ramos və Mourinyonun ortaq menecerləri var.
Qeyd edək ki, Qonçalo Ramos ötən mövsüm PSJ-nin heyətində 40 matçda 1877 dəqiqə meydanda olub. Portuqaliyalı futbolçu bu matçlarda 14 qol vurub, 2 məhsuldar ötürmə edib.