Premyer Liqa çempionunda ayrılıq

"Mançester Siti" müdafiəçi Ko İtakurani "Borussiya"ya satıb.

Sportline.az xəbər verir ki, bu barədə Münhenqladbax klubunun rəsmi saytı məlumat yayıb. Yaponiyalı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2019-cu ilin yayında "Mançester Siti"yə keçən 25 yaşlı futbolçu son mövsümü icarə əsasında "Şalke"də keçirib.