Premyer Liqa klubu millinin qapıçısını alır

“Nyukasl” yeni qapıçı transfer edəcək.

Sportline.az xəbər verir ki, Premyer Liqa klubu İngiltərə millisinin qolkiperi Nik Poupun xidmətində maraqlıdır.

Onun transferi ilə bağlı “Bernli” ilə danışıqlara başlanılıb. Yığmanın qapıçısının keçidini baş məşqçi Eddi Hau istəyib.

Qeyd edək ki, Nik yığmada 8 oyun keçirib. O, ötən mövsüm “Bernli”də 36 matça çıxıb.