Premyer Liqadan Superliqaya

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Superliqa təmsilçisi Misir yığmasının və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçi Mahmud Trezeqeni transfer edib.

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək.
  
Qeyd edək ki, Trezeqe 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. O, ötən mövsümün ikinci dövrəsində Türkiyənin digər klubu “Başakşəhər”də icarədə olub.