Prosineçki: “Bir səhvə yol verdik, onu da rəqib bağışlamadı”
“Bilirdik ki, bizi çətin görüş gözləyir. Çünki rəqib müdafiədə oynamağı sevir”. SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Moldova ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib. Komandasının ilk hissədəki çıxışından razı qaldığını bildirən xorvatiyalı mütəxəssis, “Yalnız bir səhvə yol verdik, onu da rəqib bağışlamadı. İkinci hissədəki oyunu bəyənməsəm də, ümumilikdə 90 dəqiqə ərzində sərgilənən oyun məni razı saldı”, - deyib.
Heyətdə debüt edən futbolçuların çıxışı haqda da fikirlərini bildirən Prosineçki onların oyununu bəyəndiyini sözlərinə əlavə edib.