Prosineçki sloveniyalılarla danışığa hazırlaşır

Millimizin baş məqşçisi Robert Prosineçki sloveniyalılarla danışığa hazırlaşır. Sportline.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin telekanalına müsahibəsində bunu təsdiqləyib: "Sloveniya Futbol Federasiyası mənimlə görüşməyi təklif edib. Böyük ehtimalla, hər şeyi bir neçə günə müzakirə edəcəyik".

R.Prosineçki onu da bildirib ki, hazırda gələcəyi ilə bağlı yekun qərar verməyib: "Hər şey ola bilər. Kimlərinsə mənimlə maraqlanmağı böyük şərəfdir. Bu göstərir ki, mən işimi düzgün görürəm. AFFA ilə danışıqlarım olana qədər gələcəyimlə bağlı dəqiq bir şey söyləyə bilməyəcəm".

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsinin müddəti dekabrın 6-da bitir.