PSJ-dən yeni transfer

PSJ heyətini yeni oyunçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi "Portu"dan Vitinyanı transfer edib. 

22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Onun transferinin paytaxt təmsilçisinə 40 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, "Portu"nun yetirməsi olan Vitinya ötən mövsüm bütün yarışlarda 47 oyuna 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.