PSJ futbolçuları təhlükə qarşısında
Fransa Liqa 1-in 6-cı turunda Marsel üzərində 4:0 hesablı qələbədən sonra PSJ-nin bir neçə oyunçusu davranışlarına görə cəzalandırıla bilər.
Sportline.az xəbər verir ki, görüş başa çatdıqdan sonra parisli futbolçular komandalarının azarkeşlərinin yanına gediblər. Videoda Əşrəf Hakiminin, Leven Kurjava, Usman Dembele və Randal Kolo-Mouaninin "Marsel"ə qarşı təhqiramiz şüarlar səsləndirdiyi an çəkilib.
Liqa 1 səsyazıları araşdıra və oyunçuları diskvalifikasiya edə bilər.
"Marsel" üzərində qələbədən sonra PSJ 11 xalla Fransa çempionatında üçüncü pillədə qərarlaşıb.