Qabriel Jesus "Beşiktaş"da?
Yeni mövsüm üçün iddialı heyət qurmaq istəyən İstanbulun “Beşiktaş” klubu transfer siyahısının ilk pilləsində yer alan Duşan Vlahoviçin qərarını gözləyir.
Sportline.az Türkiyə mediasına istinadla xəbər evrir ki, rəhbərlik serbiyalı ulduzdan mənfi cavab gələcəyi təqdirdə “B planı”nı artıq hazırlayıb. “Qara qartallar” “Arsenal”ın braziliyalı hücumçusu Qabriel Jesusu heyətinə qatmaq üçün menecerlər vasitəsilə ilk rəsmi təmaslara başlayıb.
Baş məşqçi Vinçenzo İtalianonun da bu transferə müsbət rəy verdiyi və 29 yaşlı təcrübəli qolçunu komandada görmək istədiyi bildirilir. Keçirdiyi zədədən sonra yenidən müntəzəm forma geyinə biləcəyi bir kluba getmək istəyən Jesusun da bu təklifə isti yanaşdığı deyilir. Futbolçunun nümayəndələri ilə danışıqları davam etdirən “Beşiktaş”ın yaxın günlərdə bu transferdə ciddi irəliləyiş əldə edəcəyi gözlənilir.