Qabriel Jesus rəsmən "Arsenal"da

"Mançester Siti"nin hücumçusu Qabriel Jesusun "Arsenal"a keçidi rəsmiləşib.

Sportline.az London klubunun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı “topçular”ın 25 yaşlı futbolçuya görə "şəhərlilər"ə 45 milyon funt-sterlinq ödəyəcəyini yazıb. 

Qeyd edək ki, Jesus 2021/22 mövsümündə “Mançester Siti”nin heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib.