"Qalatasaray" məğlub olub 1/8 finala yüksəldi

Türkiyə kubokunda 1/16 final mərhələsinin cavab oyunları davam edir. SportLine.az xəbər verir ki, yarışın əsas favoritlərindən "Qalatasaray" bu gün "Sivas Bələdiyyəspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

İlk matçda 5:1 hesablı qələbəyə sevinən "cim-bom" ümumi nəticədə üstün olub və adını növbəti mərhələyə yazdırıb.