"Qalatasaray" Mişi Batşuayini heyətinə qatıb

Super Liqada son mövsümün çempionu "Qalatasaray" ilk transferini həyata keçirib.

Sportline.az Sportsdigitale-yə istinadla xəbər verir ki,Türkiyə klubu 30 yaşlı hücumçu Mişi Batşuayini heyətinə qatıb.

Mənbənin xəbərinə görə belçikalı futbolçu ilə 3 illik müqavilə imzalanacaq.

Batşuayi "Qalatasaray" üçün Parisdə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, ötən mövsümü "Fənərbağça"da keçirən təcrübəli hücumçu 43 oyunda 24 qol və 3 asistlə yadda qalıb.