"Qalatasaray" növbəti oyuna Taffarellə hazırlaşır
Hamza Hamzaoğlu ilə yollarını ayıran "Qalatasaray"da baş məşqçi postu, hələ ki, boşdur. SportLine.az xəbər verir ki, bu müddətdə komanda Türkiyə "Super Liqa"sının növbəti turuna qapıçılarla işləyən məşqçi Klaudio Taffarel və klubun gənclərdən ibarət komandasının rəhbəri Orhan Atiklə hazırlaşır.
Qeyd edək ki, "Qalatasaray" növbəti turda "Antalyaspor"la qarşılaşacaq.