"Qalatasaray" qapıçısı ilə bağlı qərar verdi

"Qalatasaray" qapıçısı Günay Güvençlə bağlı qərara gəlib.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi bu mövsüm meydana çıxdığı oyunlarda inamlı təsir bağışlayan qolkiperlə yola davam edəcək.

Bu haqda "Fotomaç"da məlumat yayılıb.

Mənbənin bildirdiyinə görə, "Qalatasaray" sözügedən futbolçu ilə 2026-cı ildə bitəcək müqavilənin müddətini 2027-ci ilədək uzadacaq.