"Qalatasaray" rəsmiləri Super Kubok matçı üçün dəyişiklik tələb ediblər

"Qalatasaray" rəsmiləri Super Kubok matçı üçün dəyişiklik tələb ediblər.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızılar"ın prezidenti Dursun Özbek "Fənərbağça" klubunun matça U-19 komandası ilə çıxma qərarından sonra dəyişiklik tələb edib. 

Belə ki, "Qalatasaray" klubu Urfada keçirilək oyuna Türkiyədən olmayan hakimin təyin olunmasını tələb edib.

Qeyd edək ki, "Fənərbağça"-"Qalatasaray" görüşü aprel ayının 7-də Bakı vaxtı ilə 22:30-da keçiriləcək.