"Qalatasaray" yeni hücumçu aldı

"Qalatasaray" heyətinə yeni futbolçu qatıb.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi "Keçiörengücü"dən Barış Alper Yılmazı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yılmaz ötən ildən "Keçiörengücü"də oynayırdı.