"Qalatasaray"ın sabiq oyunçusu "Eyüpspor"da

Super Liqanın debütantı "Eyüpspor' norveçli futbolçu Fredrik Mitşönü transfer etdiyini açıqlayıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Mitşö 2023/2024 mövsümünün qış transfer pəncərəsində "Qalatasaray"dan "Pendikspor"a 3 milyon avro müqabilində transfer olunmuşdu.

Qeyd edək ki, təcrübəli oyunçu ötən mövsüm Super Liqada ümumillikdə 30 oyuna çıxıb və 2 qol, 3 asistlə oynayıb.