"Qalatasaray"ın transfer gündəmində olan Qeula Duenin yeni komandası bilinib

"Qalatasaray"ın uzun müddətdir heyətinə qatmaq istədiyi fransalı futbolçu Quela Due "Strazburq"a transfer olunub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Ötən mövsüm Renn forması ilə 35 oyuna çıxan Due bu görüşlərə 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Quela Due Paris 2024 Yay Olimpiya Oyunlarında millisinin heyətində yer alır.