"Qarabağ" - "Nant" görüşündə anşlaq olacaq

Avropa Liqasının G qrupunun ikinci turunun "Qarabağ" - "Nant" matçına bilet satışı davam edir.

Sportline.az xəbər verir ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç üçün hazırda cəmi 2500-3000-ə yaxın biletin qaldığı bildirilir.

Ağdam klubununun bu mövsüm qrup mərhələsindəki ikinci oyunu sabah 20:45-də başlanacaq.