"Qarabağ" - "Nant" görüşündə anşlaq olacaq

UEFA Avropa Liqasının G qrupunun II turunun "Qarabağ" - "Nant" oyununda anşlaq gözlənilir. 

"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadənin Sportline.az-a verdiyi məlumata görə, bu saatadək 27 mindən çox bilet satılıb. 

Biletlərin qiyməti müvafiq olaraq 5 AZN, 20 AZN, 30 AZN, 75 AZN və 100 AZN təşkil edir.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.