"Qarabağ" növbəti transferi rəsmiləşdirdi

“Qarabağ” FK İsrailin “Hapoel Təl-Əviv” klubundan Marko Yankoviçi transfer edib.

Sportline.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 

Marko Yankoviç yeni komandasında 8 nömrəli formanı geyinəcək.