"Qarabağ" Poznana belə getdi

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” Polşadadır.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi dünən axşam saatlarında Poznan şəhərinə çatıb. Bu gün axşam komanda Poznan stadionunda məşqə çıxacaq. Bundan başqa, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 5-də Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Lex” - “Qarabağ” matçı keçiriləcək. Bu komandaların cabab görüşü iyulun 12-də Bakıda olacaq.