"Qarabağ" UEFA-dan cavab gözləyir

Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər.

Sportline.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında çıxış edən 50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbiçilərimizə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib: "Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlanacaq.