"Qarabağ", yoxsa "Qəbələ": Rahid Əmirquliyev seçim qarşısında
"Xəzər Lənkəran"da yarpaq tökümü davam edir. Legionerlərin tərk etdiyi komandadan təcrübəli yerli futbolçular da ayrılmaqdadır. SportLine.az xəbər verir ki, kapitan Rahid Əmirquliyev də ilin sonunda "Xəzər Lənkəran"la yollarını ayıracaq. Milli komandanın yarımmüdafiəçisi seçim qarşısındadır. Onun karyerasını "Qarabağ" və ya "Qəbələ"də davam etdirəcəyi bildirilir. "Xəzər Lənkəran" klubundan verilən məlumata görə, Rahidin yerli komandalarla yanaşı, adı hələlik açıqlanmayan Avropa klubundan da təklifi var.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2006-cı ildən "Xəzər Lənkəran"ın uğurları üçün çalışır.