"Qarabağ"ın 8-ci günü

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası 8-ci günü tək məşqlə başa vurub. 

Yerli vaxtla saat 11:00-da start götürən məşq təxminən 1 saat yarım davam edib. Hazırlıq daha çox fiziki çalışmalara əsaslanıb.

Qeyd edək ki, Ağdam təmsilçisi sabah təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək. Komanda Bakı vaxtı ilə saat 18:00-da Rusiyanın "Kuban" klubu ilə qarşılaşacaq.