"Qarabağ"ın ÇL-də potensial rəqibləri

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

Sportline.az xəbər verir ki, sabah keçiriləcək püşkatmada “səpələnmişlər” səbətində olan Azərbaycan çempionunun rəqibi “səpələnməmişlər” səbətində yer alan bu 5 komandadan biri olacaq:

“Jrinski" (Bosniya və Herseqovina)

"Lex" (Polşa)

"Hibernians" (Malta)

"Şkupi" (Şimali Makedoniya)

"Dinamo" (Batumi, Gürcüstan)

Püşkatma mərasimi sabah Bakı vaxtı ilə 14:00-da başlanacaq. 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.