"Qarabağ"ın futbolçusu ehtiyatda qalıb, Monteneqro yığması uduzub
UEFA Millətlər Liqasında II turun son oyun gününə start verilib.
Sportline.az xəbər verir ki, günün ilk matçında Finlandiya və Monteneqro yığmaları üz-üzə gəlib. B Liqasında 3-cü qrupun qarşılaşması meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Skandinaviyalılardan Yoel Pohyanpolo 31-ci və 38-ci dəqiqələrdə fərqlənərək, "dubl" müəllifi olub.
Monteneqro millisinə "Qarabağ"dan dəvət almış cinah oyunçusu Marko Veşoviç bu dəfə sonadək ehtiyatda qalıb.
Beləliklə, xalını 4-ə çatdıran Finlandiya millisi liderliyi ələ keçirib. Monteneqro 3 xalla 2-cidir. Turun digər matçında 1 xala malik Bosniya və Herseqovina xalsız Rumıniyanı qəbul edəcək.