"Qarabağ"ın futbolçusu "Zirə"də

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Rüstəm Əhmədzadə karyerasını Premyer Liqanın digər klubunda davam etdirəcək.

Sportline.az Fanat.Az-a istinadən xəbər verir ki, 21 yaşlı forvard "Zirə" ilə anlaşıb.

2021-ci ilin dekabrında Ağdam klubuna keçən Rüstəmin artıq "Qarabağ"ın düşərgəsini tərk etdiyi bildirilir. 

"Qartallar"ın onun keçidini bu gün elan edəcəyi gözlənilir.