"Qarabağ"ın hazırlıq planı açıqlanıb

“Qarabağ” iyunun 9-da yeni mövsümün hazırlığı üçün bir araya gələcək.

Sportline.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Hazırlığın Bakı mərhələsi iyunun 20-dək davam edəcək.

Komanda hazırlığın ikinci mərhələsi üçün iyunun 20-də Avstriyaya yollanacaq.

Avstriya toplanışı üçün 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər barədə daha sonra məlumat veriləcək.