"Qarabağ"ın legioneri: "Ən yaxşı futbolçu seçildiyim üçün xoşbəxtəm"

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümün ən yaxşı futbolçusu seçilməsi ilə bağlı paylaşım edib.

Sportline.az  xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi instaqramda İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən ona verilmiş plaketlə birlikdə fotosunu paylaşıb.

Fransalı oyunçu paylaşımında "ardıcıl ikinci dəfə ən yaxşı futbolçu seçildiyim üçün xoşbəxtəm" yazıb. Ağdam təmsilçisinin hazırkı və sabiq futbolçuları Zubiri bu mükafata görə təbrik ediblər.

Qeyd edək ki, Abdullah Zubir İAM-ın sorğusuna əsasən, 2019/2020 mövsümünün ən yaxşı futbolçusu, 2019-cu ildə isə ilin legioner oyunçusu seçilib.