“Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlanacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.

“Köhlən atlar” 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda "Kopenhagen" (Danimarka), "Ludoqorets" (Bolqarıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) və ya “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar Yolu

Səpələnmişlər


Ludoqorets (Bolqarıstan) – Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi

Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan) cütünün qalibi

Kopenhagen (Damimarka)

Şerif (Moldova) – Viktoriya (Çexiya) cütünün qalibi

 

Səpələnməmişlər

Ferensvaroş (Macarıstan) - Qarabağ (Azərbaycan) cütünün qalibi

Makkabi (Hayfa, İsrail) – Apollon (Kipr) cütünün qalibi

Bodo Qlimt (Norveç) – Jalgiris (Litva) cütünün qalibi

Trabzonspor (Türkiyə)

 

Liqa yolu

Səpələnmişlər

Benfika (Portuqaliya) – Midtyulland (Danimarka) cütünün qalibi

Yunion (Belçika) - Reyncers (Şotlandiya) cütünün qalibi

 

Səpələnməmişlər

Şturm (Avstriya) - Dinamo (Kiyev, Ukrayna) cütünün qalibi

Monako (Fransa) - PSV (Niderland) cütünün qalibi

Bu gün, həmçinin, UEFA Avropa Liqasında da pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. "Qarabağ" Macarıstan çempionuna iki oyunun yekununda məğlub olacağı halda, yoluna Avropa Liqasında davam edəcək.

Püşkatma 4 hissədən ibarət olacaq. 4-cü qrupun 3 komandası 1-ci qrupun 3 təmsilçisi ilə düşəcək. 1-ci qrupun digər 3 klubu 3-cü qrupdan öz rəqiblərini tanıyacaq. 3-cü qrupun yerdə qalan komandaları 2-ci qrupdan 2 kollektivlə cütlük təşkil edəcək. 2-ci qrupun digər 4 komandası isə bir-birinə rəqib olacaq.

Azərbaycan çempionu 2-ci qrupda yer alıb. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ya öz qrupundan 3, ya da 3-cü qrupda qalan kollektivlərdən biri ilə qarşılaşacaq. Burada yalnız "Srvena Zvezda - "Pünik" duelinin məğlubu "Qarabağ"a rəqib ola bilməz.

1-ci qrup

Gent (Belçika)

Austriya (Avstriya)

Harts (Şotlandiya)

Sivasspor (Türkiyə)

Dnepr-1 (Ukrayna)

Silkeborq (Danimarka)

 

2-ci qrup

Ludoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya) cütünün məğlubu

Srvena Zvezda (Serbiya) - Pünik (Ermənistan) cütünün məğlubu

Şerif (Moldova) - Viktoriya (Çexiya) cütünün məğlubu

Ferentsvaroş (Macarıstan) - Qarabağ (Azərbaycan) cütünün məğlubu

Makkabi (Hayfa, İsrail) - Apollon (Kipr) cütünün məğlubu

Bodo Qlimt (Norveç) - Jalgiris (Litva) cütünün məğlubu

 

3-cü qrup

Malmö (İsveç) - Düdelanj (Lüksemburq) cütünün qalibi

Şemrok Rovers (İrlandiya) - Şkupi (Şimali Makedoniya) cütünün qalibi

Linfild (Şimali İrlandiya) - Sürix (İsveçrə) cütünün qalibi

Olimpiakos (Yunanıstan) - Slovan (Slovakiya) cütünün qalibi

Maribor (Sloveniya) - HJK (Finlandiya) cütünün qalibi

 

4-cü qrup

Omoniya (Kipr)

AEK (Kipr) - Partizan (Serbiya) cütünün qalibi

Fənərbaxça" (Türkiyə) - Slovaçko (Slovakiya) cütünün qalibi