"Qarabağ"ın rəqibi meydana çıxır

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Ferenstvaroş" bu gün Macarıstan çempionatında yeni mövsümün ilk oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Stanislav Çerçesovun komandası "Puşkas Akademiya"sını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə olacaq.